Yeniyetmə müğənninin konserti ləğv edildi

Türkiyədə 16 yaşlı müğənninin konsertinə icazə verilməyib.
 
"Yetenek Sizsiniz Türkiye” yarışması ilə şöhrət qazanan Aleyna Tilkinin 21 oktyabrda İstanbulda planlaşdırdığı konsert ləğv edilib.

Belə ki, İstanbul valiliyi 16 yaşlı müğənninin yaşının az olduğunu nəzərə alaraq gecə klubunda konsert verməsini uyğun hesab etməyib və çıxışı ləğv edib.
 
Bundan başqa, o da qeyd edilir ki, məsələ ilə bağlı ötən həftə Ailə Nazirliyi Aleynanın ailəsinə xəbərdarlıq edib./qafqazinfo.az/

MediaFax