Yeniyetmə hakerdən maraqlı addım

Hakerlər ABŞ-da fəaliyyət göstərərək viza alınması üçün sənədləri təqdim edən Rusiya viza mərkəzinin sistemini sındırıblar.
 
Sistemin sındırılması barədə təşkilata məlumatı elə haker özü verib. Özünü Kapustkiy adıyla təqdim edən 17 yaşlı kiberxuliqan mərkəzin əməkdaşlarına viza üçün müraciət edən amerikalıların adları, elektron ünvanları və telefonlarından bir qismini təqdim edib.

Mərkəzdən məlumatı təsdiqləyiblər və 3 minə yaxın müştəri barədə məxfi məlumatların götürüldüyünü qeyd ediblər. Şirkət məsələ ilə bağlı ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinə müraciət edib. Lakin məlum olub ki, gənc haker artıq özü nazirliyə viza mərkəzinin kompüter sistemlərinin zəifliyi barədə məlumat verib.

Haker müştəri bazasını dərc etməyəcəyini bildirib. Lakin rəhbərliyi şirkətin daxili təhlükəsizliyini gücləndirməyə çağırıb./aznews.az/

MediaFax