Yeni sədr Berluskoninin keçmiş işçisi olub

Avropa Parlamenti 2017-ci ildə ilk iclasında Avropa Komissiyasının keçmiş üzvü, italiyalı mühafizəkar siyasətçi Antonio Tayanini yeni sədr seçib.
 
Onun namizədliyini 351 deputat, rəqibi, italyan sosial-demokrat Canni Pittellanı 282 deputat dəstəkləyib.

Avropa Parlamentinin indiki başçısı Martin Şults rəsmi surətdə elan edib ki, bu vəzifənin iddiasında deyildir.

Avropa Parlamenti sədrlə bərabər, 14 sədr müavini və parlament komitələrinin yeni başçılarını seçəcək.

Xatırladaq ki, Avropa Parlamentinin başçısı vəzifəsinə yeddi namizəd olub. Amma əsas mübarizə sağ mərkəzçi Avropa Xalq Partiyasının və Mütərəqqi Sosial-Demokratlar Alyansının nümayəndələri A.Tayani və C.Pitella arasında gedib.

İxtisasca hüquqşünas olan Antonio Tayani İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin keçmiş mətbuat katibi, Berluskoninin "Forza Italia” ("İrəli, İtaliya”) Partiyasının üzvüdür./AZƏRTAC/

MediaFax