Azərbaycanda yeni kompyuter oyunlarının yaradılması nəzərdə tutulur.
Bu barədə Milli Məclisə təqdim olunmuş "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” layihəsinin "Gənclər siyasətinin əsas istiqamətləri” bölməsində əks olunub.
Layihədə qeyd olunub ki, Azərbaycan tarixini və mədəniyyətini əks etdirən, gənclərin inkişafına təsir göstərən kompyuter oyunları və mobil tətbiqi proqramların hazırlanması nəzərdə tutulur.
Layihədə həmçinin, "e-gənclik” elektron xidmət və informasiya portalı resursunun, o cümlədən İnternet televiziyası məkanında gənclər kanalının yaradılması nəzərdə tutulur. Bundan əlavə, layihədə gənclərin inkişaf etdirilməsi, sağlamlığının qorunması, mənəvi-əxlaqi tərbiyəsi, istedadlı gənclərin üzə çıxarılması və s. istiqamətlərdə bir çox tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur./trend.az/
MediaFax