Yeni il gecəsi atəşfəşanlıq olacaq - Bakıda

Bakı Şəhər İcra Hakimiyyəti Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibətilə dekabrın 31-də saat 00.00-da Milli Parkda atəşfəşanlıq təşkil edəcək.
 
Bu barədə saytımıza Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib. Bildirib ki, hazırda bulvarda 2 yerdə böyük yolka quraşdırılıb: "Hazırda 2 yerdə böyük süni şam ağacı quraşdırılıb. Onun biri Kukla teatrının arxasında böyük meydançada monitorun qarşısındadır, digəri isə Port Baku ilə üzbəüz bulvarın yeni hissəsindədir. Yeni il bayramı günü bulvarda ola biləcək kampaniyalarla bağlı həftə sonu dəqiq məlumat vermək mümkün olacaq”./bakipost.az/

MediaFax