Yazıçı Vidadi Babanlıdan ürək parçalayan sözlər

Tanınmış yazıçı Vidadi Babanlı xəstəliyi üzündən yayı elə Bakıda öz evində keçirmək məcburiyyətində qalıb.
 
Saytımıza danışan yazıçı keçmiş günlərin xiffətini çəkdiyini deyib: "Evdən bayıra çıxa bilmirəm, nə qədər dava-dərman olunsa da, hələ ki, sərbəst yeriyə bilmirəm. Hər il gedib rayonda, təbiət qoynunda dincəlirdim. İndi daha o günlər geridə qaldı. Çətin indən belə harasa gedim, haradasa dincəlim. Həyat yoldaşımla birgə gedib yay fəslini mənzərəli bölgələrdə keçirirdik. Yoldaşım rəhmətə gedəndən sonra mənim üçün də ağır oldu. İndi o günlərin xiffətini çəkirəm”.
 
Yazıçı buna görə də yayın tez keçib getməsini arzulayır: "Günləri sayıram, yay elə tez keçib getsə, yaxşıdır. Məndə kədərli xatirələr oyadır. Tək-tənha, xəstə qoca yazıçıyam. Gözüm də görmür ki, yarımçıq qalmış əsərimi tamamlayım”./publika.az/

MediaFax