Yataqxana yandı: 12 uşaq öldü, 22-i xəsarət aldı - Türkiyədə faciə

Türkiyənin Adana əyalətinin Aladağ rayonunda özəl məktəbə məxsus şagird yataqxanasında baş vermiş yanğın nəticəsində 11-i qız olmaqla, 12 nəfər ölüb.
 
Ölənlərdən biri internatın işçisi, 11 nəfəri isə 10-14 yaşlarında olan məktəbli qızlardır.  
 
Məlumata görə, hadisə nəticəsində 22 nəfər üçmərtəbəli binadan təxliyə edilərək xəstəxanaya yerləşdirilib.
 
Adana valisi Mahmut Dəmirtaşın sözlərinə görə, xəstəxanalara yerləşdirilən şəxslərdə şüşə qırıntılarından alınmış xəsarətlər və tüstüdən zəhərlənmə qeydə alınıb.
 
İlkin məlumata görə, yanğına səbəb elektrik xətdə baş vermiş qısaqapanma olub. /APA/

MediaFax