Yasamalda dəmir “yağışı” - VİDEO

Ötən gün Yasamal rayonu, Şərifzadə küçəsi 196 ünvanında çoxmərtəbəli yaşayış binasının üstündə tikilən mansardla bağlı görüntülər sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub.

"Qafqazinfo” xəbər verir ki, binanın mansardının 12 metrlik dəmir listləri yuxarıdan aşağıya tökülüb. Həyətdə olan maşınlara ciddi ziyan dəyib.

Bildirilir ki, binanı "Şazi MTK” tikib. Sakinlər baş verən bu qanunsuzluqla bağlı onların fikirlərinin nəzərə alınmadığını qeyd edirlər. Dəmir listlərin hər hansı bir insanın üstünə düşəcəyi halda isə əsl fəlakət olacağını vurğulayırlar.

"Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün "Şazi MTK” dan münasibət öyrənmək istəsə də, tikinti şirkətinin əlaqə nömrələrini tapmaq mümkün olmayıb.

Yasamal rayon icra hakimiyyətinin təsərrüfat şöbəsindən isə "Qafqazinfo” ya bildirdilər ki, yeni tikililər icra hakimiyyətinin balansında deyil: "Ona görə də biz məsələyə müdaxilə edə bilmərik. Binanı tikən şirkətlə əlaqə saxlamaq lazımdır”.



MediaFax