Yəməndə silahlı toqquşmalar nəticəsində yarım ildə təxminən 4 min dinc sakin öldürülüb.
Bu barədə BMT-nin insan haqları üzrə ali komissarının mətbuat katibi Sesil Puyi bəyanat verib. Onun sözlərinə görə, 2015-ci ilin 26 martından 2016-cı ilin sentyabrın 22-ə kimi 3980 dinc sakin öldürülüb, 6909-u isə yaralanıb.
Sesil bildirib ki, Yəməndə sülh danışıqları ləğv edildikdən sonra zorakılıq halları artıb. Təkcə avqustda 180 insan öldürülüb./qafqazinfo.az/
MediaFax