Quba rayonunda bıçaqlanma hadisəsi baş verib.
1983-cü il təvəllüdlü Paşayev Bəhruz Sadiq oğlu yanıq xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Özünü B. Paşayevin qohumu kimi təqdim edərək xəstəxanaya daxil olan Vidadi Məmmədov onu sarğı otağında bıçaqlayıb.
B.Paşayevə sifətin və döş qəfəsinin hər iki arxa tərəfinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xəsarət alan şəxs əməliyyat olunub, vəziyyəti stabildir.
Quba rayon Polis Şöbəsi faktı təsdiqləyib.
Hadisənin təfərrüatları Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılır./APA/
MediaFax