Bıçaqla qətliam: 19 nəfəri öldürdü, 45 yaralı var - Video

Yaponiyada bıçaqla silahlanmış şəxs əlillər evinə daxil olub, qarşısına keçən hər kəsə hücum edib.
 
 
Ən az 19 nəfərin öldüyü, 45 nəfərin yaralandığı bildirilir.

Hadisə Tokio yaxınlığındakı tibb müəssisələrindən birində baş verib. 26 yaşlı qatil hadisəni törətdikdən sonra özü təslim olub. Onun əvvəllər əlillər evində işlədiyi bildirilir.

O 19-70 yaşlarında 9 kişi və 10 qadını öldürüb. Ölənlərin hamısı əqli inkişafdan qalmış xəstələrdir.

İlkin məlumatlara görə yaralılardan 20 nəfərin vəziyyəti çox ağırdır./ölkə.az/
 


MediaFax