Fevralın 22-də eks-prezident Viktor Yanukoviçin Ukraynadan qaçmasının 3 ili tamam olub.
Onunla birlikdə onlarla məmur və güc strukturlarının müxtəlif ranqlıları da ölkəni tərk edib.
Onların bəziləri indi nə ilə məşğuldur?
Viktor Yanukoviç rəsmi sənəddə ünvanını Rostov göstərir. Lakin Ukrayna KİV-nin məlumatına görə, o, orada yaşamır.
Yanukoviç faktiki Moskva ətrafında, istisna olunmur ki, ya Barvixdə, ya da Gümüş Borada yaşayır.
Hüquq-mühafizə orqanları istisna etmirlər ki, Yanukoviçin Rostovdakı evi yalnız rəsmi qeydiyyat üçündür, bununla da özünün həqiqi yaşayış yerini açıqlamır.
Məlum olub ki, Yanukoviçin ünvanı ilə təkcə güc strukturları maraqlanmırlar. 2014-cü ildə Yanukoviçlə birlikdə fəalların eks-prezidentin sevgilisi adlandırdıqları donbaslı Lyubov Polejay da yoxa çıxıb. Polejay ölkədən gedəndə yeniyetmə qızı Maşanı da özü ilə aparıb.
Qızın atası Yeqor Polejay deyib ki, bu 3 il ərzində qızı bircə dəfə üzə çıxmayıb.
"Hesab edirəm ki, ona mənimlə əlaqə yaratmağa imkan verilmir. Sosial şəbəkədəki səhifəmi qəsdən açıq saxlayıram ki, yazmaq imkanı olsun. Mənim hətta onu ad günündə təbrik etməyə də imkanım olmayıb”, – Yeqor Polejay qəmgin görkəmdə söyləyir.
O, əlavə edir ki, heç bir nömrəsi olmadığından zəng etmək imkanı da yoxdur.
"Qızımı axtarırammı? Əgər onun yaşadığı evi tapsam da, məni ora buraxmayacaqlar”, – qızın atası deyir.
Keçmiş baş nazir Nikolay Azarov xüsusi şəkildə gizlənmir. O, Rusiya KİV-lərinə fəal şəkildə müsahibələr verir, tok-şoulara gedir, kitab yazır. Bir qədər əvvəl isə özünü Faceboook səhifəsində yazmağa başlayıb.
Keçmiş müdafiə naziri Pavla Lebedevin Sevastopola və orada tikinti biznesi ilə məşğul olduğu məlumdur.
Ukrayna Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Sergey Arbuzov "MDB ölkələrinin iqtisadi inkişafı mərkəzi”nə rəhbərlik edir (analitika və mərkəz üzvlərinin maraqlarının müdafiəsi ilə məşğuldur).
Yanukoviçin ətrafında olub axtarılan 11 top məmur arasında "Berkut”un keçmiş rəhbərindən tutmuş Daxili İşlər Nazirliyinin keçmiş başçısı Vitali Zaxarçenko və keçmiş baş prokuror Viktor Pşonka da var.
Pşonka da Rusiyadadır, o, Moskva-Rostov marşrutu ilə tez-tez hərəkət edir./pressday.az/