Lənkəran rayonunda fərdi yaşyış evində yanğın olub.
Hadisə Lənkəran şəhərində, Vaqif Hüseynov küçəsində qeydə alınıb.
Belə ki, 1960-cı il təvəllüdlü Rəcəb Mədət oğlu Əhədova məxsus ikimərtəbəli yaşayış evinin 140 kvadratmetr sahəsi olan mansardının 40 kvadratmetri yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın söndürülüb və alovun yayılmasının qarşısı alınıb.
Yanğının ikinci mərtəbədəki otaqlardan birində başladığı və mansarda keçdiyi ehtimal olunur.
Qeyd edək ki, R.Əhədov uzun illər FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Dövlət Yanğından Mühafizə hissəsinin rəisi olub./report.az/
MediaFax