Cəlilabadda 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, Cəlilabad rayon Maşlıq kənd sakini Nazim Qasımov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Astara istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn yanacaqdaşıyan qoşqulu yük avtomobili ilə toqquşub.
Nəticədə sürücü də daxil olmaqla minik maşınında olan sərnişinlər - Ceyhun Nəsirov, Könül və İradə Nəsirovalar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Qəzanın hansı səbəbdən baş verməsi araşdırmalardan sonra məlum olacaq./report.az/
MediaFax