Xoşqədəm reklama neçəyə çəkilir? - MƏBLƏĞ

Aparıcı Xoşqədəm Hidayətqızı aparıcısı olduğu "Bizə danış" verilişində bir maraqlı etiraf edib

"Ölkə.Az"-ın məlumatına görə, aparıcı illər öncə bir reklam təklifi aldığını və 30 min manat qonorar istədiyini bildirib:

"İllər öncə reklam üçün yanıma gəlmişdilər. Dedi ki, sizi reklamımıza çəkmək istəyirəm. Dedim ki, 30 min ödəyin. Mənimlə müqavilə bağlayın, dövlətin də pulunu ödəyin. Dedi axı filan müğənni 5 minə çəkilib. Dedim, o filan müğənnidir, mənim qiymətim budur, reklama çəkilmək istəmirəm və ehtiyacım da yoxdur".

Xatırladaq ki, "Bizə danış" "Xəzər" televiziyasında yayımlanır. 

MediaFax