Yeni il gecəsi İstanbulun elitar gecə klubu olan "Reina”da qətliamı törədən terrorçunun tək olmadığı, ərəbcə qışqıran iki, yaxud üç nəfərin içəridəkiləri güllələdiyi haqda məlumatlar var.
Lakin kamera görüntülərinə əsasən kluba bir terrorçu hücum edir. Onun hücumdan sonra qaçmağa necə imkan tapması da məlum deyil. Bəzi məlumatlara görə terrorçu paltarını dəyişərək qaça bilib. Hücum zamanı klubda 600-dan çox adam olub. "Reina” klubu Bosfor sahilində yerləşir. Onlarla adam canlarını qurtara bilmək üçün özlərini dənizə atıblar.
Sahil mühafizə qüvvələrinin xilasediciləri özlərini suya atanları xilas etmək üçün bütün gücünü səfərbər edib. Lakin istisna deyil ki, özlərini suya atanlardan boğulanlar da var və bu baxımdan terror aktının qurbanlarının sayı arta bilər. Çünki soyuq qış gecəsində özünü dənizə atanların bir çoxunun sürətlə qıc olub boğulması mümkündür./virtualaz.org/
MediaFax