Xəzərdə süni ada yaradılır

Türkmənistanda mütəxəssislər Türkmənbaşı körfəzi akvatoriyasında yaradılacaq süni ada üçün quraşdırılmış baza platformasının monitorinqini həyata keçirir.

"Neytral Türkmənistan” qəzetinin məlumatına görə, həmin obyektin inşasına iki il əvvəl başlanılıb. Bu işlər beynəlxalq dəniz limanının tikintisi zamanı başlayıb. Bölgənin perimetri 7 kilometr, ərazisi 160 hektar təşkil edir.

Qəzet yazır ki, bu ərazidə əhəmiyyətli ölçülərdə şəhər yerləşə bilər. Bu ada salındıqdan sonra onu ekoloji turizm mərkəzi kimi istismar etmək planlaşdırılır.

MediaFax