“Xəzər Lənkəran” geri qayıdır

"Yayda "Xəzər Lənkəran” klubunun əsas komandası ehtimal var ki, öz fəaliyyətini bərpa etsin”.

Bunu İstiPress-ə klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu deyib.

"Klub bərpa olunsa, rəhbərlik və sponsor əvvəlki kimi qalacaq"

Onun sözlərinə, komanda bərpa olunsa əvvəlki kimi iddialı komanda olacaq: "Aprel-may aylarında dəqiləşəcək. Qışdan öncə bu şans 20 faiz idisə, indi bu göstərici 60-a bərabərdi. Klub bərpa olunsa, rəhbərlik və sponsor əvvəlki kimi qalacaq. 100 faiz dəqiq olan şey varsa, o da klub fəaliyyət göstərəcəyi təqdirdə adını dəyişməyəcək və yenidən "Xəzər Lənkəran” kimi oyunlarını keçirəcək, borclarımız ödəniləcək. Komandamızın Premyer Liqadan, yoxsa 1-ci diviziondan mübarizə başlayacağını isə dəqiq deyə bilmərəm. Deyilənlər baş tutsa, "Xəzər Lənkəran” əvvəlki kimi iddialı komanda olacaq".

MediaFax