Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərində xəstəxanada törədilən partlayışda ölənlərin sayı 93 nəfərə çatıb.
RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə "Sinxua” agentliyi məlumat yayıb.
Qeyd edək ki, bu gün səhər xəstəxananın reanimasiya şöbəsində törədilmiş partlayış nəticəsində ilkin olaraq 53 nəfərin həlak olduğu, 50 nəfərin də xəsarət aldığı bildirilirdi.
MediaFax