Xərçəngin müalicəsi bizim əlimizdədir - Ərdoğan

Xərçəngə qalib gəlmək bizim əlimizdədir.

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Dünya Xərçəng Günü” münasibətilə Tvitterdə yazıb.

"Xərçəng xəstəliyi təəssüf ki, bu gün ən ciddi sağlıq problemlərindən birinə çevrilib. Dünyada hər il 10 milyondan çox insan xərçəng xəstəliyi səbəbindən ölür. 90 faiz xarici təsirlər nəticəsində meydana gələn xərçəng xəstəliyinin müalicəsi əlimizdədir. Tütün, spirtli içkilər və oturaq həyatdan imtina edərək səhhətimizi qoruya bilərik”, - Ərdoğan bildirib.

Qeyd edək ki, hər il fevralın 4-ü dünyada "Xərçəng günü” qeyd edilir.

Məqsəd bu xəstəliyə insanların diqqətini çəkməkdir./axar.az/

MediaFax