Qan xərçəngi xəstəliyindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin səhhəti pisləşib.
Bu haqda rejissorun həyat yoldaşı Səbinə Zəkizadə sosial şəbəkədə məlumat verib: "Duam səninlədir. Allahım, bizə möcüzə ver. Şahinin vəziyyəti ağırlaşıb. Allahım, əllərim bir tək sənə açılıb. Səsimi eşit, Şahinə kömək ol! Bu həyatda heç kimin paxıllığını çəkmədik, heç kimin işinə göz dikmədik, heç kimə pislik etmədik. Allaha üsyan etmərəm. Allahım, sən bizi bu çətin sınaqdan çıxar”.
Qeyd edək ki, bir müddət öncə rejissor üçün donor axtarılırdı./musavat.com/
MediaFax