2017-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycandan xarici bukmeyker kontorlarının saytında idman mərc oyunlarında iştirak edənlərdən vergi tutulacaq.
Bu məsələ bugünlərdə Milli Məclisdə Vergi Məcəllləsinə edilən dəyişiklikdə öz əksini tapıb.
Vergi Məcəlləsinin 168.1.5-ci, 169.1-ci və 169.3-cü maddələrinə edilən əlavə də dəyişiklikdə qeyd edilir ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, bu məkanda iş və xidmət təqdim edildikdə və ya lotereya, digər yarış və müsabiqə keçirildikdə vergi tutulan əməliyyatın yeri kimi xidmətlərin alıçısının və lotereya, yarış və müsabiqənin iştirakçısının olduğu yer müəyyən olunur və həmin dövlətdə də ƏDV tətbiq olunur. İşin və xidmətin alıcısı, lotereya, digər yarış və müsabiqənin iştirakçısı vergi ödəyicisi olduqda ƏDV-ni həmin şəxs özü hesablayır və büdcəyə ödədikdən sonra Vergi Məcəlləsinin tələblərinə riayət etmək şərti ilə ödənilmiş məbləğini əvəzləşdirə bilir. İşin və xidmətin alıcısı, lotereya, digər yarış və müsabiqənin iştirakçısı vergi ödəyicisi olmadıqda isə ödənişi aparan yerli bank və ya xarici bankın respublikadakı filial ƏDV-ni hesablayaraq alıcının vəsaiti hesabına büdcəyə ödəyir, tutulmuş ƏDV isə bank və ya filial tərəfindən əvəzləşdirilib.
Məsələn, Azərbaycan vətəndaşı "William Hill” bukmeyker kontorunun internet-səhifəsində "El klassiko” oyununa mərc qoşmaq məqsədi ilə həmin oyunun ehtimal etdiyi nəticəsinə 100 manat ekvivalentlə qoyuluşetmək istəyir və köçürmə etmək üçün yerli banka müraciət edir. Bank tərəfindən 100 manat alınarkən 15,25 (100 – 100/1,18) manat ƏDV tutularaq büdcəyə ödənilməlidir./qol.az/
MediaFax