Xarici dil öyrənmək asanlaşdı

Xarici dil öyrənmək kimi çətin və yorucu prosesi asanlaşdırmaq məqsədilə "Lesson Pod” adlı robot ixtira edilib.

11 sm uzunluğunda olan robot başına xırda toxunuşla hərəkətə başlayır. O, dil bilgisini inkişaf etdirir, tələffüz qüsurlarını aradan qaldırmaqla, ifadələri təkrar etməklə fəaliyyət göstərir. Suya davamlı, internetə çıxışı olan bu cihazı smartfon proqramı ilə də idarə etmək mümkündür. Hazırda ingilis dilində öyrənmək istəyən yaponlar üçün dizayn edilən cihaza sonrakı mərhələdə bir neçə dilin də əlavə olunacağı gözlənilir.
 
"Lesson Pod” "Amazon” vasitəsilə 260 $, 345 $, 210 £ qiymətlərlə satışa çıxarılıb./bakipost.az/
 
MediaFax