Xaricdən onlayn mağazalardan alınan mallara görə əlavə ƏDV tutulacaq.
Bu haqda məlumatı Vergilər Nazirliyindən bildiriblər.
Məlumata görə, dünən Milli Məclisə təqdim edilən Vergilər Məcəlləsində, elektron ticarətə dair xüsusi qeyd vardır. Bu qeyddə xarici onlayn mağazalardan alınan mallara görə ƏDV tətbiqi qeyd edilmişdir. Vergilər Nazirliyindən bildirilir ki, bu cür yanaşma yerli istehsalçılar və ticarətçilərə qarşı ədalətli addım olacaq.
Məlumat üçün bildirək ki, hazırda ƏDV üzrə faiz dərəcəsi 18% təşkil edir./banker.az/