Xanım ofisiant üstündə dava düşdü

Bakıda kafedə kütləvi dava olub.
 
Hadisə Binəqədi yolunda, DSK kimi tanınan ərazidə fəaliyyət göstərən kafelərdən birində qeydə alınıb. 

Kafenin xanım xidmətçisinin masalardan birinə daha diqqətli və səmimi davranması, digər masadakı müştərilərin qısqanclığına səbəb olub. Nəticədə masalar araxasında əyləşən müştərilər arasında dava düşüb. 

Dava nəticəsində kafenin qapı və pəncərəsinin şüşələri qırılıb. Dava iştirakçıları arasında 3 nəfər yüngül xəsarət alıb. 

Dava qısamüddətli olduğundan hadisə barədə polisə məlumat verilməyib. Məlumata görə, dava iştirakçıları kafeyə dəyən ziyanı ödəyərək, məsələnin böyüməsinin qarşısını alıblar./musavat.com/

MediaFax