Xanım həkimlərin qalmaqallı Fotosu yayıldı

Bu gün sosial şəbəkələrdə Bakı Sağlamlıq Mərkəzinin həkimlərinin iş yerində içki məclisindən fotolar yayımlanıb. 

Fotoda həkimlərin əllərində içki qədəhlərinin, stolun üzərində isə içki şüşəsinin olması ciddi müzakirələrə səbəb olub. Xanım həkimlərin ağ xalatda olması və boğazlarından iş vəsiqələrinin asılması məclisin iş yerində olması ilə bağlı narahatlıq yaradır. 

Məsələ ilə bağlı saytımıza açıqlamasında Bakı Sağlamlıq Mərkəzindən bildirildi ki, sözü gedən foto 3 il bundan əvvəl çəkilib: 

"Bu bizim mərkəzdə olmayıb. Tibb işçilərinin peşə bayramında çəkilib.” 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın sözlərinə görə, fotodakı həkimlər peşə bayramlarını qeyd edir: 

"Onlar peşə bayramlarını restoranda qeyd edirlər.”/aznews.az/
 


MediaFax