Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova qarderobundakı məşhur paltarından danışıb.
Sosial mediada müzakirələrə səbəb olan qolları büzməli, ciddi üslublu paltarından danışan xanım Zaxarova bildirib ki, bu geyimi xarici həmkarları tərəfindən də böyük rəğbətlə qarşılanıb:
"Mən xaricə səfərlərim zamanı bu paltarı geyinmişəm. Bir çox xarici həmkarlarım bu geyimimi bəyənib. Daha sonra mən öyrəndim ki, bu paltar Rusiya istehsalıdır. Mən onu alanda heç harda tikildiyinə belə baxmamışdım. ”
Daha sonra həmin firma öz yeni kolleksiyasından olan geyimləri xanım diplomata hədiyyə edib. Lakin, Zaxarova antikorrupsiya qanunlarına görə, bu hədiyyəni qəbul etməyib. Amma, pul qarşılığında almağa hazır olduğunu deyib.
Qeyd edək ki, Mariya Zaxarova geyimləri ilə mütəmadi olaraq diqqət mərkəzinə düşür./aznews.az/