Xamneyi nəhəng orduya yeni komandir təyin etdi

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) altında fəaliyyət göstərən könüllü yarı-hərbi təşkilat Bəsicə, yeni komandir təyin olunub.

BBC xəbər verir ki, bu günlərdə Ali dini lider Ayətullah Xamenei, briqada generalı Qulam Hüseyn Qeybpərvəri, "Bəsic”in yeni komandiri təyin edib.Qeybpərvər, vəzifəsi İİKK-ın mədəni və sosial məsələləri üzrə komandir müavinliyinə dəyişən briqada generalı Məhəmməd Rza Nəqdini əvəz edib.

Sələfi kimi 54 yaşlı Qeybpərvər də, islahatçılar düşərgəsinə qarşı barışmaz mövqedə dayanması ilə tanınır. Qeybpərvər, 1962-ci ildə İranın şimal-qərbində yerləşən fars əyaləti Şirazda doğulub. İran-İraq müharibəsi zamanı (1980-1988) o, Şiraz Diviziyası Fəcr-19 tərkibində xidmət edib.

Müharibədən sonra, o, İnqilab Keşikçilərinin Yerli Qüvvələrinin təlim departamentinin başçısı olub və 2006-cı ilə kimi İİKK ordusunun şimal əyaləti Mazandaranda yerləşən Diviziya 25-in komandiri vəzifəsində çalışıb.



Sonra isə "Fəcr-19” Diviziyasının komandiri təyin olunub. 2008-ci ildə "Bəsic” və İnqilab Keşikçilərinin yerli qüvvələrinin birləşməsi nəticəsində baş verən inzibati dəyişiklik, 

Keşikçilər Korpusunda vilayət filiallarının yaranmasına səbəb olur.Həmin ildə Qeybpərvər, 

Korpusun Fars Vilayətinin komandiri vəzifəsinə keçir və postunda 2016-cı ilin avqustuna kimiqalır.

2015-ci ilin dekabrında Qeypərvər, briqada generalı Hüseyn Həmədanini əvəzləyərək, İmam Hüseyn Hərbi Bazasınınkomandanı təyin olunur. Yüksək səviyyəli Keşikçilər Korpusu komandiri sayılan Həmədani, Suriyadakı "məsləhətçi" missiyasını yerinə yetirərkən həlak olub.

Həm də "əlaqələndirici" elit batalyonları idarə edən baza komandirinə Suriyada aktiv olmaq tapşırılıb. Onların missiyası, "ölkə sərhədi boyu və ya hətta, sərhəd daxilində hökumətin (İslam Dövləti) lazım bildiyi şəkildə hərəkət etməkdir." Qeybpərvər, strateji elmlər üzrə yüksək elmi dərəcəyə malikdir.



General Qeybpərvər islahatçılara qarşı güclü barışmaz mövqeyə malikdir. Bu, xüsusilə 2009-cu il prezident seçkisindən sonra, keçmiş prezident Mahmud Əhmədinejadın yenidən hakimiyyət gəlməsi üçün baş tutan genişmiqyaslı küçə nümayişlərindən sonra, daha da kəskinləşib.Ultra-mühafizəkarlar, 2009-cu il iğtişaşını "fitnə" kimi qiymətləndirirlər. Onlar həmçinin, islahatçıların liderləri və prezidentliyə keçmiş namizədlər Mir-Hüseyn Musəvi və Mehdi Qərrubini "fitnənin liderləri" kimi tanıyırlar.

2014-cü ildəki nitqində Qeybpərvər, Musəvi, Qərrubi və islahatçı keçmiş prezident Məhəmməd Xətamini "tövbə etmədikcə təmizlənməyəcək siyasi murdar (nəcis)" adlandırıb. 2016-cı ildə baş tutan parlament seçkilərindən qabaq, Qeybpərvər, islahatçıları növbəti "fitnə" planlamaqda ittiham edib və bildirib ki, adamlar onlara səs verməyəcək. Buna baxmayaraq, islahatçılar, İran parlamentində (Məclis) 290 yerdən ən az 100-ə seçilməyi bacarıblar.

Fərmanında Ayətullah Xamenei Qeybpərvərə, "Bəsic”də "insanların, xüsusilə də gənclərin iştirakının daha yaxşı təşkili" və elmi, mədəni, müdafiə və ictimai xidmət arenaları ilə "daha güclü məşğul olmağı" tapşırıb.



Ali dini lider həmçinin yeni komandirə, "düşməni nəzarətdə saxlamaq" yönündəki cəhdləri daha artırmaq əmri verib. "Bəsic”in əsası, 1979-cu ilin noyabrında İslam Respublikasının yaradıcısı Ayətullah Xomeyninin fərmanı ilə qoyulub. "Bəsic”, daxili təhlükəsizlik və hüquq-mühafizə, eləcə də, xüsusi dini, siyasi və elmi tədbirlərin və əxlaqi asayişin qorunması üçün dəstəkçi qüvvə kimi çıxış edir. Bəsicin hər bir qəsəbədə, əsas dövlət orqanlarında, universitetlər və təşkilatlarda filialları mövcuddur.

Təxmin olunur ki, yüz minlərlə iranlı "Bəsic” üzvüdür. Baxmayaraq ki, keçmiş "Bəsic” komandiri Nəqdi, onların sayının 25 milyonu keçdiyini bildirmişdi.

MediaFax