Son günlər xalq artistləri arasında baş verən qalmaqala Mədəniyyət və Turizm Nazirliyi münasibət bildirmək istəmir
Bu barədə "Ölkə.Az"-ın əməkdaşıyla söhbətində Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov bildirib.
"Söhbət xalq artistlərindən gedirsə, münasibət bildirmirik. Elə yazın ki, nazirlik münasibət bildirmədi. Neçə gündür mətbuat əlaqə saxlayır, heç bir münasibət bildirməmişik".
"Nə zamansa bu qalmaqala münasibət bildiriləcəkmi" sualına nazirlik sözçüsünün cavabı belə olub:
"Əlavə sual verməyin. Bildiyiniz kimi də yazın. Nazirlik münasibət bildirəndə ictimaiyyət məlumatlı olacaq".
Qeyd edək ki, Muğam Televiziya Müsabiqəsinin münsifləri xalq artisti Canəli Əkbərovu münsiflər kürsüsündə görmək istəmədiklərimi bildiriblər. Əkbərov isə onlar haqda xoşagəlməz ifadələr səsləndirib.
MediaFax