Xalq artisti Fatma Mahmudova şəxsi həyatından danışıb.
Aktrisa bildirib ki, başqalarının sözünə qulaq asmaq ona ziyan vurub:
"Allah heç kimin ağlını əlindən almasın. Müdaxilə, məsləhət yaxşı şey deyil. Ağıllı məsləhətə qulaq asmaq olar. Amma şəxsi həyata kiminsə müdaxiləsi yaxşı deyil. Ailə həyatında uduzdum. Mənə həmişə müdaxilələr olundu. İndi deyirəm ki, gərək onlara qulaq asmazdım, peşmanam. Hamıya məsləhət görürəm ki, heç vaxt sözə qulaq asmasınlar. Qadın ərinin qədrini bilsin, çünki həmişə ona lazımdır. İllərnən başqaları üçün yaşamışam. Bir tikə çörəyimi on adam arasında bölmüşəm. İndi özüm və övladlarım üçün yaşamağa başlamışam”./axşam.az/
MediaFax