Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi orqanı olan "Binəqədi” qəzeti bağlandı.
Əvvəllər həftədə bir dəfə, 2015-ci ilin oktyabr ayından isə ayda iki dəfə çıxan "Binəqədi” qəzeti rəsmi olara fəaliyyəti dayandırıb.
Məlumatda bildirilir ki, artıq redaksiyada "təhvil- təslim” işləri gedir: "Yəni, İcra Hakimiyyətinin işçiləri bu gün səhər saatlarında redaksiyaya gələrək orda olan avadanlıqları yığışdırıb aparıblar”.
Qeyd edək ki, Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi orqanı olan "Binəqədi” qəzeti 2013-cü ilin yanvar ayında 12 illik fasilədən sonra fəaliyyətini bərpa etmişdi./gununsesi.info/

MediaFax