ABŞ-da yeraltı keçiddə çalışan xadimənin illik gəliri bir çoxlarını təəccübləndirə bilər.
İşçinin ümümi əmək haqqı 271 min dollar təşkil edib.
Belə ki, Lyan Çjao Çjanın rəsmi maaşı illik 58 min dollardır. Lakin Çjan əsl əməksevərdir. O, mütəmadi olaraq "overtime”lara qalırdı və buna görə ona daha 162 min dollar bonus və premiyalar yazılıb. Bununla da o, 2015-ci ildə 271 min dollar gəlir əldə edib.
Analitiklərin dediyinə görə, Çjan il ərzində istirahət və bayram günlərinə baxmayaraq hər gün işə çıxıb və orta hesabla sutka ərzində 17 saat işləyib. Lakin videokameralar onu göstərir ki, o, heç vaxt yorulmayıb: stuff otağına girib saatlarla ordan çıxmırdı.
Stansiyanın rəhbərliyi işçisindən razıdır. Çjan işləyən metrostansiyada evsizlər tez-tez yığışır, ona görə orada zibili yığmasan çirkablıqlar olar. Xadimənin saatlarla istirahət etməyinə baxmayaraq, əsas odur ki, ondan şikayət yoxdur./fins.az/
MediaFax