Volkan Dəmirəl sıradan çıxdı

"Fənərbaxça” futbol komandasının kapitanı Volkan Dəmirəl bir müddət forma geyinə bilməyəcək. 

Belə ki, "Krasnodor”la olan qarşılaşmanın 2-ci yarısında şiddətli ağrı hiss edərək oyundan çıxmaq məcburiyyətində qalan  qapıçının sağ qıç əzələlərindən zədələndiyi bildirilir.
 
Bu səbəbdən də  klubun həkimi Burak Kunduracıoğlunun nəzarəti altında müalicəsinə başlayan Volkanın təxminən 1.5 ay yaşıl  meydandan uzaq qalacağı gözlənilir./modern.az/

MediaFax