Maliyyə problemləri üzündən əsas oyunçularını itirən "Azəryol” voleybol klubu heyətini yenidən gücləndirmək istəyir.
Ötən ilə nisbətən büdcəni 50 faiz azaldan klub rəhbərliyi ucuz "işçi qüvvə”sindən istifadə etmək qərarına gəlib. Belə ki, artıq komanda heyəti ucuz transferlərlə doldurulur. Rəhbərlik daha çox yerli idmançılara və özünə iş yeri tapa bilməyənlərə üz tuturlar.
Komanda dünən belə transferlərdən birini reallaşdırıb. Məlumata görə, 2006-ci ildən millimizin heyətində çıxış edən Oksana Kiselyova ilə razılığa gəlinib.
Xatırladaq ki, Kiselyova bundan öncə "Lokomotiv” voleybol klubunda çıxış edib. O, "Lokomotiv”ə 2014-cü ildə "Azəryol”dan keçib. Keçmiş klubundan 1 ilə yaxın maaşını ala bilməyən idmançı, "Lokomotiv” bağlandıqdan sonra uzun müddət özünə yeni klub tapa bilməyib. Bu səbəbdən də çarəsizlikdən "Azəryol”un ucuz transfer təklifini qəbul edib.
Onu da bildirək ki, "Azəryol”la eyni yerdən maliyyələşən "Lokomotiv” bu ildən rəsmən fəaliyyətini dayandırdığını elan edib./aznews.az/
MediaFax