Villanı evsizlər sığınacağına çevirdilər

Londonda bir qrup aktiv şəxs rusiyalı milyarder Andrey Qonçarenkoya məxsus villanı ələ keçirərək, orda yaşamağa başlayıblar. 

Lenta.ru saytının xəbərinə görə, 2014-cü ildə sahibi tərəfindən 15 milyon funta alınan villada ilk gündən heç kim yaşamayıb. Aktivistlər son 3 gündə villada olublar. Onlar  bu villanı evsizlər üçün sığınacaq evi elan ediblər. 26 yanvarda isə villanın qapısına onun boşaldılması ilə bağlı məhkəmə qərarı qoyulub. 

Daha sonra evdə qalanlardan biri o sənədi götürüb və çıxıb. Şahidlər deyirlər ki, fəalların bir qismi də evi tərk ediblər./musavat.com/

MediaFax