"Vikiliks” ABŞ Demokratlar Partiyasının Milli Komitəsinin 8263 elektron məktubunu yayımlayıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Röyter” agentliyi yayıb.
Qeyd edək ki, "Vikiliks” Demokratlar Partiyasının Milli Komitəsinin elektron məktublarını ilk dəfə bu ilin iyulunda 19252 elektron məktubu yayımlamışdı. Bundan sonra Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klintonun seçki kampaniyasının sədri Con Podesta mətbuata açıqlamasında "Vikiliks”i Rusiya ilə əlaqədə günahlandırmışdı.
MediaFax