Vəzifəsindən ayrılan Pan Gi Mun özünü necə hiss edir?

BMT-nin baş katibi Pan Gi Mun özünü nağıl qəhrəmanına bənzədib. 

Təşkilatın diplomatları qarşısında çıxış edən Mun zarafat edərək özünü nağıl qəhrəmanı "Zoluşka” kimi hiss etdiyini deyib. Onun sözlərinə görə, sabah gecəyarısı "Zoluşka” kimi onun da həyatı dəyişəcək. 

Zarafatından qalmayan baş katib "Sabah gecə yeni il ərəfəsində Tayms Skverdə şarların buraxılmasını seyr edəcəm. Milyonlarla insan işimi necə itirdiyimi izləyəcəklər”,- deyib. Qeyd edək ki, BMT-nin baş katibi Pan Gi Mun bu gün öz postunu tərk edəcək./qafqazinfo.az/

MediaFax