“Xainlər qəbristanlığı”nın ilk sakini əsgər oldu... - Fotolar

15 iyulda Türkiyədə çevrilişə cəhd prosesindən sonra İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən yeni qəbiristanlıq yaradılıb və ona "Vətən xainləri qəbiristanlığı” adı verilib.

FETÖ-nün çevriliş cəhdində iştirak edən əsgərlərdən biri bu qəbiristanlıqda artıq dəfn olunub. Bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Kadir Topbaş bildirib.

"Ailəsi həmin əsgəri istəmədi. Buna görə də "Vətən xainləri qəbiristanlığı”nda dəfn olundu. Bu millətə xəyanət edənlər qəbirlərində də rahat yatmayacaqlar”, - deyə sədr qeyd edib./qafqazinfo.az/
 






MediaFax