Vaqifin 300 illik yubileyi keçiriləcək

Azərbaycan prezidenti İlham Əliyev böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
 
Mədəniyyət və Turizm Nazirliyinə Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
 
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həlli həvalə olunub.

MediaFax