Valideynlər uşaqların girdiyi saytlara nəzarət edəcəklər

Bakı şəhərində internetdən istifadə edən azyaşlılar ciddi psixoloji zərər yetirə biləcək zorakılıq, irqçilik, ekstremizm və aqressivlik təbliğ edən oyun, film və digər kontentlərin əks olunduğu saytlara girə bilməyəcəklər.
 
Artıq valideynlər azyaşlıların girdikləri saytlara filtrləmə xidməti vasitəsilə nəzarət edə biləcəklər.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən (BTRİB) saytımıza verilən məlumata görə, qurum müxtəlif yaş qruplarına aid istifadəçilər üçün "Təhlükəsiz internet” adlı layihəyə başlayır.

Bu xidmət fəal veb istifadəçiləri olan uşaq və yeniyetmələrin təlim-tədris prosesində, eləcə də gənclərin tədqiqat fəaliyyətində informasiya axınının təhlükə dərəcəsini qiymətləndirməyə, şəbəkənin faydalı tərəfini önə çəkməyə imkan verəcək. Təhlükəsiz internet layihəsinin tətbiqi ilə həm də böyüklərin arzuolunmaz məzmunlu videoreklamlardan, fişinq və viruslu saytlardan qorunması mümkün olacaq.

Layihə barədə yaxın günlərdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək./virtualaz.org/

MediaFax