Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası Ehsan Zahidova tapşırılıb.
"Report”un xəbərinə görə, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
"Həmin vəzifənin icrası mətbuat xidmətinin rəis müavini Ehsan Zahidova tapşırılıb", - deyə DİN-dən bildirilib.
Qeyd edək ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, nazirliyin Fəxri fərmanı ilə təltif olunub.
MediaFax