Türkiyənin Mərsin vilayətində bələdiyyə başçısı məktəblilər üçün qar gətirib.
Coğrafi mövqeyi səbəbindən uzun müddətdir ki, Mərsin vilayətinə bağlı Ərdəmli rayonuna qar yağmayıb.
Türkiyənin hər tərəfinə qar yağarkən, Ərdəmlidəki yağıntısız hava şəraitindən şikayətçi olan ibtidai sinif şagirdlərinin hüznündən xəbər tutan rayonun bələdiyyə başçısı Mükərrəm Tollu yük maşınları ilə məktəbin həyətinə qar gətirilməsini tapşırıb.
Daha sonra, 55 yaşlı bələdiyyə başçısı məktəblilərlə qartopu oynayıb./virtualaz.org/
MediaFax