Uşağı vurmamaq üçün hər şey etdi - Bakıda

Bakıda sürücü qarşısına çıxan azyaşlı uşağı vurmamaq üçün öz həyatını təhlükəyə atıb.

Hadisə şahidlərinin verdikləri məlumata görə, bu gün səhər saatlarında Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində "Nissan Sunny" markalı avtomobil aşıb.

"Şamaxinka"dan sürətlə gələn maşının qarşısına işıqfora çatanda uşaq çıxıb. Uşağı vurmamaq üçün sürücü yol kənarındakı "Mercedes" markalı avtomobilə çırpılıb, sonra isə yoldan çıxaraq aşıb. Sürücü qəzadan xəsarətsiz qurtula bilib./milli.az/

MediaFax