Uorlik həmsədrlikdən gedir

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik tutduğu vəzifədən gedir.

O, bu barədə "Twitter” səhifəsində yazıb.

O bildirib ki, həmsədr kimi səlahiyyət müddəti bu il dekabrın 31-də başa çatır: "Fəxr edirəm ki, Dövlət Departamentində 30 il xidmət etmişəm.”

Həmsədrin yazdığına görə, o, fəaliyyətini Rusiyanın "Yeqorov, Puqinski, Afanasyev və tərəfdarları” adlı tanınmış hüquq firmasında davam etdirəcək./report.az/

MediaFax