Neft qiymətlərinin aşağı düşməsi sektora qoyulan investisiyaların da azalmasına səbəb olub.
Ekspertlər investisiyaların artmaması halında 3 il sonra mövcud hasilatın sürətlə artacaq tələbatı ödəməyəcəyini bildirirlər.
Beynəlxalq Enerji Agentliyi (IEA) neft hasilatına investisiyaların son 2 ildə kəskin azaldığını, mövcud şərtlərdə neft hasilatında istifadə edilməyən isehsal gücünün 14 ilin ən aşağı səviyyəsinə düşdüyünü, buna görə 2020-ci ildən sonra mövcud hasilat gücünün tələbatı ödəməkdə çətinlik çəkəcəyini və qiymətlərin kəskin şəkildə qalxacağını açıqlayıb.
IEA, gələcək 5 illik dövr üçün bazarı təhlil etdiyi "Neft 2017" başlıqlı hesabatda, 2015 və 2016-cı illərdə neft axtarışı və hasilatına sərmayələrin 800 milyard dollardan 450 milyard dollara enməsinin daşıdığı riskə işarə edilərək, yeni layihələrin işə salınmaması vəziyyətində dünyanın neft təklifi böhranı yaşaya biləcəyi xəbərdarlığı edilib./marja.az/
MediaFax