16.08.2016
18:24
Yunan-Roma güləşi növündə Azərbaycanın "Rio-2016”da son təmsilçisi Rəsul Çunayev (66 kq) ilk görüşünü uğurla başa vurub.
Kubalı rəqibi Migel Martines Palasioya qalıb gələn güləşçimiz səkkizdə bir finala yüksəlib.
Təcrübəli güləşçimiz növbəti mərhələdə Pekin Olimpiadasının qalibi, dünya və Avropa çempionu İslam-Beka Albiyev (Rusiya) - İon Panait (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.
X X X
Rəsul Çunayev növbəti qələbəsini qazanıb.
Təmsilçimiz səkkizdəbir final mərhələsində rusiyalı rəqibi Pekin Olimpiadasının qalibi, dünya və Avropa çempionu İslam-Beka Albiyevi məğlub edib.
Güləşçimiz 1/4 finalda Tarek Aziz Benaissa (Əlcəzair) ilə üz-üzə gələcək. Qarşılaşma 18:04-də başlayıb./aznews.az/
-------
18:50
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Rəsul Çunayev növbəti görüşünə çıxıb.
1/4 final mərhələsində 66 kq çəki dərəcəsində yer alan 25 yaşlı idmançımızın rəqibi Əlcəzair idmançısı Tarek Əziz Benaissa olub.
İdmançımız təmiz qələbə qazanıb: 10:2. Bunulada o, yarımfinala yüksəlib./azvision.az/
---------------
17.08.2016
09:12
Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.
Avqustun 16-da Yunan-Roma güləşində ölkəmizi 66 kq çəkidə təmsil edən, Avropa və dünya çempionu Rəsul Çunayev mübarizəyə 1/16 finaldan start verib. O, ilk görüşdə kubalı Migel Palasio Martinezlə münasibətinə aydınlıq gətirib. Görüş həmyerlimiz üçün uğursuz başlasa da, Çunayev məğlubiyyətdən qaça bilib. Pəhlavanımız 0:2 hesabı ilə geridə olduğu görüşü 4:2 hesabı ilə xeyrinə bitirib.
Rəsulun 1/8 finalda rəqibi rusiyalı İslambek Albiyev olub. Bu döyüş də həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Çunayev yenə də 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, rəqibini 3:2 hesabı ilə məğlub edib.
Güləşçimiz 1/4 finalda Tarek Aziz Benaissa (Əlcəzair) ilə üz-üzə gəlib. Qarşılaşma həmyerlimizin təmiz qələbəsi ilə yekunlaşıb. Rəsul görüşün taleyini ilk hissədə həll edib - 10:2.
O, finala gedən yolda erməni Miqran Arutyunyanla güləşib. Təəssüf ki, Çunayev uğurunu davam etdirə bilməyib. İlk hissədə 0:4 hesabı ilə uduzan həmyerlimiz növbəti hissədə fərqi azaltsa da, bu onun finala çıxmasına kifayət etməyib - 1:4.
Məğlubiyyətə baxmayaraq, Rəsulun medal qazanmaq şansı davam edib. O, bürünc uğrunda Cənubi Koreyalı Hansu Ryu ilə güləşib. Rəqibinə 8:0 hesabı ilə qalib gələn pəhləvanımız bürünc medal qazanıb.
Bu, güləş millimizin ikinci bürünc, ümumilikdə isə, Azərbaycan yığmasının sayca beşinci medalıdır (0-2-3)./apasport.az/
------------------
16.08.2016
18:24
----------------
17.08.2016
09:12