Ukrayna hökumətində xaricilərin eksperimenti uğurlu nəticə vermədi.
Bunu "Liga.net” saytına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib.
"Bütün bunlar fasad dəyişiklikləridir. Məsələn, polyak heç vaxt Ukraynada dəmiryollarının necə dəyişdirilməsini anlaya bilməz. Mənə gəlincə isə bu, başqa şeydir. Mən Ukraynaya cavan olanda gəlmişəm. Burada formalaşıb, təhsil almışam. Mənim adaptasiya olmağıma ehtiyac yoxdur. Təkcə Sakvarelidze bir az adaptasiya oldu, digərləri isə bunu bacarmadılar”, – deyə o bildirib./axar.az/
MediaFax