Ukrayna Avropa İttifaqına bir addım da yaxınlaşdı

Avroparlamentin vətəndaş azadlığı, daxili və ümumi işlər üzrə Komitəsi Ukrayna vətəndaşları üçün viza rejiminin ləğvinin lehinə səs verib.
 
UNİAN agentliyinin verdiyi xəbərə görə, müvafiq səsvermə bu gün Avroparlamentin Brüsseldəki mənzil-qərargahında keçirilib.
 
Deputatlardan 38 qərarın lehinə, 4-ü əleyhinə səs verib, 1 nəfər bitərəf qalıb.
 
Qeyd edək ki, Komitənin səsverməsi tövsiyə xarakter daşıyır. Viza liberallaşdırılması ilə bağlı qərar Avropa İttifaqı Şurası və Avroparlamentin sessiyasında təsdiqlənməlidir./APA/

MediaFax