Bu gün Lerik rayonunun Orand kəndində 4 nəfərin ölümü ilə nəticələnən hadisədən sağ çıxmış yeganə şəxs olan 1 yaşlı Elcan xəstəxanaya yerləşdirilib.
Ağır yol şəraiti səbəbindən hadisədən xeyli sonra tibbi yardım göstərilən körpə Lerik rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayevin iştirakı ilə kənddən rayon mərkəzinə gətirilib və artıq müayinələrə başlanılıb./lent.az/
MediaFax