Təsəlli üçün narkotik istifadə etməsi baha başa gəldi
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Aqil Səfərovu yaşadığı Hökməli qəsəbəsində saxlayıblar.
Onun üzərinə baxış zamanı heroin aşkarlanıb.
Aqil Səfərov - saxlanılan şəxs: "Yasamalda tanımadığım şəxsdən almışam. Şahidlərdə orda gördülər. Cibimdən çıxıb. 7-8 aydır istifadə edirəm".
Aqil Səfərovun sözlərinə görə, qardaşı yol qəzasında dünyasını dəyişəndən sonra yaşadığı ruh düşkünlüyü onu bu yola vadar edib. Kədərini unutmaq üçün seçdiyi çarə isə azadlığı bahasına başa gələcək. Ancaq bu, Səfərovu heç də narahat etmir. Çünki...
Aqil Səfərov - saxlanılan şəxs: "Rəhmətə gedənim oldu və təsəllimi onla tapmağa çalışdım. Tutulmağıma peşman deyiləm, orada müalicə olunaram”.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb./ARB/
MediaFax